Amandla Stenberq

Amandla Stenberq

Aktrisa

BİOQRAFİYA

Amandla Stenberq 23 oktyabr 1998-ci ildə Los-Anceles şəhərində (Kaliforniya, ABŞ) anadan olub. Atası danimarkalı, anası afroamerikalıdır. Ata nənəsi Qrenlandiyada doğulub. Amanda aktrisalıqla yanaşı, ictimai fəaldır. ABŞ-da uşaqlar arasında aclıq hallarına qarşı mübarizə aparan “Bizim qüvvəni bölüş” ictimai təşkilatı ilə əməkdaşlıq edir. Amanda 4 yaşından reklamlara çəkilir. Uşaqlığından McDonalds və Kmart kimi nüfuzlu şirkətlərin reklamlarında görüntülənib. Böyük ekranlarda debütü 13 yaşında baş tutub. Olivye Meqatonun “Kolombiana” filmində azyaşlı Katel roluna çəkilib. 2011-ci ildə Amandla “Aclıq oyunlarında” Rut roluna dəvət olunur. Filmin dünya premyerası 12 mart 2012-ci ildə baş tutur. Daha çox “Aclıq oyunları” filmində Rut rolu ilə məşhurlaşıb. 2014-cü ildə böyük ekranlara “Rio 2” cizgi filmi çıxır, orada Stenberq Göyərçinin kiçik qızı personajını səsləndirir. 2013-cü ildə “Yuxulu dərə” teleserialının bir neçə epizoduna çəkilib. 2016-cı ildə Amandla “Səbəb olduğunuz nifrət” dram filmində Star Karter roluna dəvət olunub. 2017-ci ildə rejissor Stella Meqinin “Bütün bu dünya” romantik filminə çəkilib. Stenberq əvvəl “kaminq-aut” edərək biseksual olduğunu bildirsə də, 2016-cı ilin sentyabr ayında panseksual, 2018-ci ildə isə lezbiyan olduğunu mətbuata etiraf edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%B5%D0%BD%D0%B1%D0%B5%D1%80%D0%B3,_%D0%90%D0%BC%D0%B0%D0%BD%D0%B4%D0%BB%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç