Lenni Ceyms

Lenni Ceyms

Aktyor, ssenarist

BİOQRAFİYA

Lenni Ceyms 11 oktyabr 1965-ci ildə Britaniyanın Nottinqem şəhərində Nigeriya mühacirlərinin ailəsində dünyaya gəlib. Aktyorun anası Lenninin 12 yaşı olanda dünyasını dəyişib. Gələcək aktyor və onun böyük qardaşı bir neçə il uşaq evində qalıb. Uşaq evində çalışan sosial işçidən biri, Lenninin 16 yaşı olanda onu öz himayəsinə götürüb. Onu ailənin üçüncü uşağı kimi böyüdüb. Lenni indiyə kimi həmin ailə ilə isti münasibətləri qoruyub saxlayıb. 1988-ci ildə "Qildhol" musiqi və teatr məktəbini müvəffəqiyyətlə bitirib. Karyerasına ilk olaraq dramaturq olaraq başlayır, pyeslər yazır. Ardınca televiziya, teatr və kinoda aktyor qismində iştirak edir. Daha çox “Böyük qənimət” komediya filmi, “İerixon” və “Gəzən ölülər” serialında yaratdığı obrazlarla yadda qalıb. “Böyük qənimət”, “Bütün günü içənlər”, “Sahara” kimi filmlərdə çəkilib. “Dövlət içində dövlət”, “Gəzən ölülər”, “Kabuslar” və postapokaliptik “İerixon” serialında baş və epizodik rollarda oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lennie_James

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç