DJ Kuolls

DJ Kuolls

Aktyor

BİOQRAFİYA

Donald Cozef Kuolls – daha çox DJ Kuolls adı ilə tanınır. Amerikalı aktyor və prodüserdir. 12 iyun 1978-ci ildə Tennessi ştatının Neşvill şəhərində (ABŞ) anadan olub. 1992-ci ildə məktəbi bitirdikdən sonra London Universitetinə qəbul olunub. 1993-cü ildə Kuollsda ağır xəstəlik (limfoqranulematoz) aşkarlansa da, iki ildən sonra müalicə nəticəsində sağalır. Həmin il Neşvillə qayıdaraq Belmont özəl universitetinə daxil olur. 1994-cü ildə HBO telekanalında yayımlanan telefilmdə epizodik rol oynayır. 1998-ci ildə “Flora ananın ailəsi” adlı filmdə Ceyson roluna çəkilir. 2000-ci ildə karyerasının ən uğurlu filmlərindən olan “Yol əhvalatı” filmində baş rollardan birinə (Todd Fillips) dəvət alır. Həmin filmdən sonra aktyor xarici görünüşü ilə Devid Laşapel və Stiven Kleynin diqqətini çəkir. Beləcə Kuolls, bir müddət məşhur moda jurnallarında model qismində (Kelvin Kleyn) çəkilir. 2002-ci ildə “Tənha ulduz ştatının qərbi” komediyasına çəkilib. 2003-cü ildə isə “Yerin nüvəsi” adlı fantastik filmdə Teodor Donald Finç rolunu canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/DJ_Qualls

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç