Metyü Devis

Metyü Devis

Aktyor

BİOQRAFİYA

Mettyü Devis 8 may 1978-ci ildə Yuta ştatının Solt-Leyk-Siti şəhərində müəllim ailəsində dünyaya göz açıb. Solt-Leyk-Siti yaxınlığında yerləşən kiçik Vuds-Kross qəsəbəsinin orta məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra Yuta universitetinə daxil olub. Tələbəlik illərində aktyor sənətinə vurulub və ali təhsilini başa vurduqdan sonra Nyu-Yorka köçüb. Orada Amerika Dram-İncəsənət Akademiyasına qəbul olunub. 2000-ci ildə Devis, Coel Şumaxerin “Pələnglər diyarı” adlı hərbi dramında sıravi Cim Pakstonu oynayıb. Bu rol Devisin aktyor karyerasının demək olar ki, təməlini qoyur. Ardınca Robert Luketiçin “Qanuni sarışın” komediyasına çəkilib. Filmin uğuru böyük olub, Devisə çoxsaylı təkliflər gəlməyə başlayır. 2006-2007-ci illərdə ABC telekanalında yayımlanan “Brayanın işi necə olsun” tragikomediyasına çəkilib. 2009-cu ildə “Vampir gündəliyi” teleserialında Alarika Zaltsman rolunu oynayıb. 2012-ci ildə “Kult” adlı teleserialda Sefton adlı bloger rolunu qazanıb. “Qanuni sarışın” komediyası və “Vampirin gündəliyi” teleserialında oynadığı rolların sayəsində məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8D%D0%B2%D0%B8%D1%81,_%D0%9C%D1%8D%D1%82%D1%82%D1%8C%D1%8E

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç