Nataşa Henstric

Nataşa Henstric

Aktrisa

BİOQRAFİYA

Nataşa Henstric 15 avqust 1974-cü ildə Kanadanın Spriqdeyl şəhərində anadan olub. Neftçi ailəsində böyüyüb. Hələ yeniyetməlik dövründən boy-buxunu və gözəlliyi ilə valeh edən Henstric 14 yaşında məktəbi ataraq doğma şəhərindən köçür və fotomodel agentliyinə işə düzəlir. Beş il ərzində Parisdə, daha sonra isə Nyu-Yorkda fotomodel işləyir. 15 yaşında artıq məşhur fransız jurnalı olan “Cosmopolitan”ın üz qabığında şəkli dərc olunur. Model biznesində çalışdığı illər ərzində “Lady Stetson”, “Olay”, “Old Spice” kimi brendlərin reklamında çəkilib. 1994-cü ildə “MGM-UA” şirkəti ilə üç filmə çəkilməklə bağlı müqavilə bağlayır. İlk filmi “Məxluq” adlı fantastik triller olur və yadplanetli və insan hibridi rolunu oynayır. Film 1995-ci ildə ekranlara çıxır. Oynadığı rol tamaşaçılar rəğbətini qazanır. Həmin rola görə “Ən yaxşı öpüş” kateqoriyasında "MTV Movie Awards" mükafatına layiq görülür. Prodüserlər onda fantastik janrın baş qəhrəmanlarını oynamaq üçün yüksək potensial görürlər. Ardınca 1996-cı ildə Kristofer Lambertlə “Adrenalin: Təqib qorxusu” filmində iştirak edir. Daha sonra isə Jan-Klod Van Dammla “Maksimal risk” döyüş filmində baş rolda çəkilir. 2000-ci il onun üçün ən uğurlu illərdən olub. Belə ki, yüksək reytinqli “Başqasının bileti” və “Doqquz yard” filmlərinə çəkilib. 2001-ci ildə kinofantastikaya qayıdışı baş tutur - Con Karpenterin “Marsın kabusları” filmində rol alır. Şəxsi həyatına gəlincə, 1995-1996-cı illərdə aktyor Demian Çapın həyat yoldaşı olub. 1996-2004-cü illərdə aktyor Liam Ueytlə faktiki nikahda olub. Cütlüyün birgə nikahdan iki oğlu var. 14 fevral 2011-ci ildə aktyor Darius Kempbellə ailə qurub. 2013-cü ildə ailə münasibətlərində yaranan ziddiyyətlərlə əlaqədar cütlük boşanmaq qərarına gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Natasha_Henstridge

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç