Mena Süvari

Mena Süvari

Aktrisa, prodüser

BİOQRAFİYA

Mina Aleksandra Süvari 13 fevral 1979-cu ildə ABŞ-ın Nyuport şəhərində anadan olub. Atası eston əsilli psixiatr, anası yunan əsilli tibb bacısıdır. Üç böyük qardaşı var. Ailəsinin Çarlston şəhərinə köçməsindən sonra 12 yaşından etibarən modelliyə başlayıb. Məktəbi bitirdikdən sonra, Los-Ancelesə köçüb və teleseriallara çəkilib. Böyük kinoda debütü Qreq Arakinin “Heç yerdə” adlı filmində oynadığı epizodik rol sayılır. Daha çox “Amerikasayağı gözəllik” dramında və “Amerika piroqu” tineycer komediyasında oynadığı rolları ilə yadda qalıb. 1997-ci ildə Morqan Frimanla “Qızları öpərkən” trillerinə çəkilib. Müsbət tənqidçi rəylərindən sonra, Sem Mendesin “Amerikasayağı gözəllik” (1997) filminə dəvət alıb. Ailə münasibətlərinin böhranından bəhs edən lent 5 “Oskar” mükafatı qazanıb. Mina filmdəki roluna görə BAFTA mükafatına namizəd olub. 2008-ci ildə “Ölülər günü” filminin remeykinə çəkilib. Şəxsi həyatına gəlincə, 2000-2005-ci illərdə kinooperator Robert Brinkmanla evli olub. Brinkmanla boşandıqdan sonra, 2010-cu ildə musiqi prodüseri Simone Sestito (1985-ci il təvəllüdlü) ilə ailə qurub. Ancaq nikah münasibətləri cəmi iki il davam edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%83%D0%B2%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç