Cermeyn Steqall

Cermeyn Steqall

Bəstəkar

BİOQRAFİYA

Cermeyn Steqall bəstəkar, dirijor, kino və televiziya prodüseridir. Şimali Texas Universitetini kompozisiya ixtisası üzrə bitirib. Los-Ancelesdə dirijorluq məktəbində oxuyub. Musiqi karyerası ərzində Deeni Elfman, Kristof Bek, Marko Beltrami, Bleyk Nili, Kristofer Lennerts kimi tanınmış Hollivud bəstəkarları ilə əməkdaşlıq edib. Ümumilikdə 20 filmə musiqi bəstələyib. Daha çox “Singular” (2014), “Qübbə (Dome) (2017), “Şərəf Nişanı” (2015) filmlərinin bəstəkarı kimi tanınır. Ümumilikdə 25-dən çox filmə, o cümlədən “Superqız” (2017) və “Ömürlük dostlar” (2015-2016) kimi seriallara saundtrek yazıb və ya musiqini aranjeman edib. “Disney Channel”, “Disney Junior”, “Warner Brothers”, “Lionsgate”, “The Weinstein Company”, “Fox Digital Studio”, “NBC Universal Television”, “CW Television”, and “A&E Television” kimi şirkətlərlə əməkdaşlıq edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm1820736

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç