Aqustin Fernandes

Aqustin Fernandes

Rejissor, ssenarist, aktyor, prodüser

BİOQRAFİYA

Aqustin Fernandes Santana III - mətbuatda daha çox Aqustin adı ilə tanınır. 1976-cı ildə Kubada anadan olub. Daha çox “Şərəf Nişanı” (2015), “6 nömrəli qadın” (2013) “ Qabriel” (2008) bədii filmlərinə görə tanınır. Kaliforniyada fəaliyyət göstərən “Duende Films” və “Duende Media” şirkətlərinin təsisçisidir. Uşaqlıq illərinin çoxu Kubanın paytaxtı Havanada keçib. 8 yaşı olanda ailəsi İspaniyaya köçüb. Yeniyetməlik illərində ailəsi daimi yaşayış yerini Madriddən Nyu-Yorka dəyişib. Aktyorluq karyerasına Nyu-York teatrında başlayıb. Daha sonra televiziya və kino layihələrində kiçik rollara dəvət alıb. Kinoda ən məşhur rollarını Eduardo Maçadonun “Once Removed”və Elmor Leonardın romanı əsasında Piter Ueller tərəfindən lentə alınmış “Qızılı sahil” filmində oynayıb. Yaradıcılığına yaxın dostu, aktyor Viktor Arqonun böyük təsiri olub. Vəfat edənə qədər ona müəllimlik edib. 2014-cü ildə onun prodüserlik etdiyi “6 nömrəli qadın” adlı sənədli film “Oskar” mükafatına layiq görülüb. Film dünyanın ən qoca pianoçusu və Holokost hadisələrinin canlı şahidi Alis Hertzin inanılmaz həyat hekayəsini danışır. 2014-cü ildə kumir saydığı aktyorlardan biri – Martin Şini “Şərəf Nişanı” adlı kriminal trillerə çəkib. Film növbəti il böyük ekranlara çıxıb. Rejissor olaraq 9 film lentə alıb, yaxın gələcəkdə daha 3 filmin çəkilişləri planlaşdırılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/title/tt3355510/?ref_=nm_flmg_dr_4

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç