Antonio Sançes

Antonio Sançes

Musiqiçi (zərb alətləri), bəstəkar

BİOQRAFİYA

Antonio Sançes 1 noyabr 1971-ci ildə Mexiko şəhərində (Meksika) anadan olub. Beş yaşından zərb alətlərində ifanı öyrənib. Yeniyetmə yaşlarında artıq peşəkar musiqiçi olub. Meksikanın Milli Konservatoriyasında klassik fortepianoda ifa üzrə təhsil alıb. 1993-cü ildə ABŞ-ın Boston şəhərinə köçüb. Orada musiqi təhsilini Berkli Musiqi Kollecində və Yeni İngiltərə Konservatoriyasında davam etdirib. “Cazz ifaçılığı” ixtisası üzrə universiteti fərqlənmə diplomu ilə bitirib. 1999-cu ildə Antonio Sançes Nyu-Yorka köçüb və caz aləminin ən tələb olunan zərb alətləri ifaçılarından birinə çevrilib. Dördqat “Qremmi” mükafatı laureatıdır. Bir çox tənqidçilərin və musiqiçilərin fikrinə görə öz nəslinin ən istedadlı zərb alətləri ifaçısıdır. Böyük kinoda daha çox “Oskar” mükafatını qazanmış “Quş Adam və ya Cəhalətin Gözlənilməz Dəyəri ” (2014) filminin və “Bəstəboyu yaxalamalı” (2017) trillerinin bəstəkarı kimi tanınır. Onun ifasını yüzlərlə musiqi albomundan dinləmək olar, karyerası ərzində Çik Koria, Maykl Breker, Çarli Heyden, Qari Börton, Tuts Tilemanson kimi tanınmış caz ifaçıları ilə səhnəni bölüşüb. İyirmiqat “Qremmi” laureatı olan Pet Metenin zərb alətləri ifaçısı olub. 2000-ci ildən başlayaraq gitaristin demək olar ki, bütün layihələrində iştirak edib. Birlikdə onlar 8 albom yazıb, onlardan üçü “Qremmi” qazanıb. Antonio Sançes müntəzəm olaraq ən tanınmış caz ifaçıları, o cümlədən, Coşua Redman, Kris Potter, Con Patituççi, Danilo Peres, Devid Sançes, Pakito Di Rivera, Kenni Verner, Markus Roberts, Avişay Koen, Di Di Bricuoter, Dayana Rivs, Migel Zenon, Skot Kolli, Deyv Semüels, Lusiana Suza, Billi Çaylds və Klaudia Akunya ilə əməkdaşlıq edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ovideo.ru/persona/50541


FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç