Fantina Arduin
Aktrisa
Fantina Arduin 23 yanvar 2005-ci ildə Belçikanın Muskron şəhərində rəssam ailəsində dünyaya göz açıb. Atasının hesabına Fantina uşaqlığından bəri müxtəlif sərgilər və qalereyalara baş çəkib, çoxsaylı mədəni tədbirlərdə iştirak edib. 2012-ci ildə Fantina “Belçika istedad axtarır” adlı populyar Belçika teleşousuna qatılıb. Onun bu iştirakı ona qısa müddət ərzində şöhrət qazandırıb. 2013-cü ildə Mariya Kastilyexo Karmenin “Taram Tarambola” adlı qısametrajlı filmində debüt roluna dəvət alıb. Annanın oynadığı rol böyük uğur qazandırır və dünyanın bir çox kinofestivallarında nümayiş olunur. Ardınca Arduin “Spiral” serialının bir neçə epizoduna çəkilir. 2014-cü ildə Artur Benzakenin “Ələddinin yeni macəraları” filmində rol alır, bu onun tammetrajlı filmdə debütü sayılır. 2017-ci ildə aktrisa Mixael Hanekenin “Heppi end” filminə çəkilir. Sözügedən lent Kan beynəlxalq kinofestivalının əsas müsabiqə proqramında iştirak edir və “Qızıl palma budağına” namizəd olur. 2018-ci ildə Fantina gənc rejissor Deniel Robinin lentə aldığı “Duman İçində” adlı postapakaliptik dramda baş qəhrəmanların xəstə qızı rolunu oynayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: