Mişel Korrivua

Mişel Korrivua

Bəstəkar

BİOQRAFİYA

Mişel Korrivua kanadalı kino bəstəkarı və musiqiçidir. 1962-ci ildə Kanadanın Kvebek bölgəsində anadan olub. Fortepianoda ifanı uşaq yaşlarından öyrənib. 11 yaşında olan ilk musiqi parçalarını bəstələməyə başlayıb. Monreala köçdükdən sonra gitara və zərb alətləri dərslərinə gedib, həmyaşıdları ilə qarajda musiqi qrupu yaradıb. Bir müddət ifaçılıqla məşğul olsa da, 80-ci illərin sonlarından etibarən kompozisiyaya qayıdıb. Reklam çarxları üçün yüzlərlə musiqi və melodiyalar bəstələyib. Karyerası ərzində 40 dan çox kino və televiziya layihəsinin istehsalat prosesində iştirak edib, filmlərə saundtreklər yazıb. Hazırda özünü tam olaraq kino bəstəkarlığına həsr edib. Daha çox “Versal” (2015-2018) serialının, “Anna” (2015), “Pis və yaxşı polis” (2006), “Duman İçində” (2018) kimi filmlərin bəstəkarı kimi tanınır. Oğlu da onun kimi kinolara saundtreklər yazır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm0181032/

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç