Deniel Robi

Deniel Robi

Rejissor, prodüser

BİOQRAFİYA

Deniel Robi 25 oktyabr 1970-ci ildə Kanadanın Monreal şəhərində anadan olub. Cənubi Kaliforniya universitetinin məzunudur. Karyerasını müxtəlif televiziya və kino layihələrində operator və quruluşçu operator olaraq başlayıb. 2004-cü ildə “Ağ dəri” filmi ilə öz rejissor debütünü gerçəkləşdirib. İkinci rejissor işi olan “Qorxu şəhəri” filminin premyerası 2010-cu ildə Toronto Beynəlxalq Kinofestivalında baş tutub. Üçüncü filmi “Lui Sir” 2013-cü ildə böyük ekranlara çıxıb və 2014-cü ildə “ən yaxşı film” daxil olmaqla doqquz “Jutra Awards” nominasiyası qazanıb. 2015-ci il ərzində “Versal” serialının üç epizodunu lentə alıb. 2018-ci ildə sayca dördüncü filmi – “Duman İçində” postapokaliptik trilleri ekranlara çıxıb. Filmdə hadisələr Parisdə baş verir. Güclü zəlzələdən sonra bütün şəhər zərərli toz dumanına bürünür. Yalnız hündür binaların damlarına sığınan insanlar sağ qalır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ruspekh.ru/people/item/deniel-robi-daniel-roby

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç