Virciniya Qardner

Virciniya Qardner

Aktrisa

BİOQRAFİYA

Virciniya Qardner amerikalı gənc aktrisadır. 18 aprel 1995-ci ildə ABŞ-ın Sakramento şəhərində anadan olub. Sakramenti Kantri gündüz məktəbində 8 sinif oxuyub, növbəti icbari təhsil illərini onlayn-təhsil yolu ilə başa vurub. “Kohl’s”, “Famous Footwear”, “Hollister” kimi geyim brendlərinin modeli olub. Ekranlarda debütü 2011-ci ildə baş tutub, “Cənub ştatından olan Zoi Hart” serialında epizodik rol oynayıb. 2013-2014-cü illərdə “Qolberqlər” serialına çəkilib. 2015-ci ildə “Kontinnum” fantastik filminə çəkilib. Din İsaelaytın rejissor debütü sayılan film zaman maşını yaradaraq, zamanda səyahət imkanında suistifadə edən və bunun acı fəsadlarını öz üzərlərinə hiss edən orta məktəb şagirdlərindən bəhs edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B0%D1%80%D0%B4%D0%BD%D0%B5%D1%80,_%D0%92%D0%B8%D1%80%D0%B4%D0%B6%D0%B8%D0%BD%D0%B8%D1%8F

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç