Sem Lerner

Sem Lerner

Aktyor

BİOQRAFİYA

Semuel Brays “Sem” Lerner 27 sentyabr 1992-ci ildə Kaliforniya ştatının, Los-Anceles şəhərində anadan olub. 2006-cı ildə “Bədheybətlər evi” adlı filmi səsləndirdiyinə görə “Enni” mükafatına namizəd olub. Sem müxbir Petti Kleyn və aktyor Ken Lernerin ailəsində boya-başa çatıb. Əmisi məşhur aktyor Maykl Lernerdir. Sem kinoda daha çox “Bədheybətlər evi” (2006), “Qara paxıllıq” (2004), “Kontinium” (2015) filmləri və “Qoldberqlər” (2018), “İşgüzarlar” (2017) seriallarında oynadığı rollarla yadda qalıb. 2015–ci ildə Din İsaelaytın rejissor debütü sayılan “Kontinium” filminin çəkilişlərində iştirak edib. Film zaman maşını yaradaraq, zamanda səyahət imkanında suistifadə edən və bunun acı fəsadlarını öz üzərlərinə hiss edən orta məktəb şagirdlərindən bəhs edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D1%80%D0%BD%D0%B5%D1%80,_%D0%A1%D1%8D%D0%BC

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç