Lara Pulver
Aktrisa
Lara Pulver 1 sentyabr 1980-ci ildə İngiltərənin Esseks əyalətində anadan olub. İngilis televiziya və teatr aktrisasıdır. Britaniyanın populyar “Şerlok” serialında İredn adler rolu hesabına məşhurlaşıb. “Parad” müziklında oynadığı rola görə 2008-ci ildə "Lorens Olivye" və “Tamaşaçıların seçimi” teatr mükafatına namizəd olub. 2016-cı ildə “Cipsi” müziklındə oynadığı rola görə, “ən yaxşı ikinci dərəcəli aktrisa” nominasiyasında Böyük Britaniyanın ali teatr mükafatına namizəd olub. Atası yəhudi dininə etiqad edib, sonradan anası da bu dini qəbul edib. 11 yaşı olanda valideynləri boşanıb. 2003-cü ildə Lara Pulver amerikalı aktyor Coşua Dallasla tanış olub. Həmin vaxt, Dallas Böyük Britaniyada Teatr-İncəsənət Akademiyasında təhsil alırdı. Cütlük 2007-ci ildə Devonşir əyalətində qədim qəsr binasında evlənib. Cütlük, bal ayını Maldiv adasında keçirib. 2011-ci ildə Dallas, radiostanstiyalardan birinə verdiyi müsahibədə Pulverlə ayrıldıqlarını elan edib. 2012-c ildən Pulver Razo Ceffri ilə görüşməyə başlayıb. Cütlük 2014-cü ildə ailə qurub. 2017-ci ildə onların oğlu dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D1%83%D0%BB%D0%B2%D0%B5%D1%80,_%D0%9B%D0%B0%D1%80%D0%B0