Hay-Tsin

Hay-Tsin

Aktrisa

BİOQRAFİYA

Hay Tsin Çinli kino və televiziya aktrisasıdır. 12 yanvar 1978-ci ildə Çinin Yanqsu bölgəsinin Nancin şəhərində doğulub. Uşaqlığı doğma şəhərində keçib. 12 yaşı olanda yerli teatr məktəbinə daxil olub. 1997-ci ildə Pekin Kinoakademiyasına üzv olub. IMDB məlumat bazasına görə ümumilikdə 14 filmə çəkilib. Daha çox “Ağ atlı bəyin axtarışında” (2013),“Qurban” və “Qırmızı Dəniz Əməliyyatı” (2018) filmlərində oynadığı rollara görə tanınır. 2009-cu ildə “Gözəl gəlin Era” serialına görə bir çox Asiya televiziya mükafatlarına namizəd olub. Ən yaxşı aktrisa nominasiyasında Feytan Televiziya Mükafatı və “Qızıl Qartal” mükafatı ilə təltif olunub. 2015-ci ildə BMT-nin Qadınlar təşkilatına Çinin səfiri təyin olunub. Təşkilatın adından gender bərabərliyi uğrunda və qadınlara qarşı zorakılıqla mübarizə aparıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Hai_Qing

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç