Kristian Kuk 15 sentyabr 1987-ci ildə İngiltərənin Lids şəhərində anadan olub. İngiltərəli aktyordur. Aktyor karyerasını 10 yaşı olanda reklam çarxına çəkilməklə başlayıb. 2000-2006-cı illərdə ailəvi sabun operası (ITV telekanalında) “Ürəyin olduğu yer” serialına çəkilib. Ardınca ömrü qısa olan “Xatirələrin çimərliyi” adlı serialda rol alıb. Həmçinin bir neçə populyar Britaniya şousu, o cümlədən “Doktor Kim” elmi-fantastik serialında çəkilib. Ardınca Amerika telelayihələrindən təkliflər alıb. Starz telekenalında yayılan “Sehrli şəhər” serialına çəkilib. Şou iki mövsümdən sonra 2013-cü ildə efirdən çıxarılıb. 2014-cü ildə Lifetime-da yayımlanan “İst-Endin ifritələri” serialında Culiya Ormondun qəhrəmanının oğlu rolunu oynayıb. “Malkolm” (2007), “Məzar şəhəri” (2010), “Şərtsiz məhəbbət” (2012), “Romeo və Culiyetta” (2013), “Salam, Karter” (2013), “Anomaliya” (2014), “Elektrik” (2014) kimi filmlərin çəkilişləri və səsləndirilməsində iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Christian_Cooke