Lili Kollins
Aktrisa
Lili Ceyn Kollins 18 mart 1989-cu ildə İngiltərənin Gildford şəhərində anadan olub. İnanmaq çətin olsa da aktrisanın karyerası iki yaşından başlayır. Məşhur müğənni Fil Kollinsin ikinci nikahdan olan qızıdır. Azyaşlı uşaq kimi BBC telekanalında yayılan proqramlardan birinin çəkilişində iştirak edib. Yeniyetməlik illərində “Elle Girl” britaniya jurnalının köşə yazarı olub. 2017-ci ildə “Qızıl Qlobus” mükafatına namizəd olub. Həmçinin “Seventeen”, “Teen Vogue” və “Los-Angeles Times” kimi jurnallarda məqalələri dərc olunub. 2008-2009-cu illərdə “90210: Yeni nəsil” adlı teleserialın iki epizoduna çəkilib. Həmin serialda şagird Fibi Abrams rolunu oynayıb. 2009-cu ildə Maksim jurnalı onu “rok ulduzların ən cazibədar qızları” reytinqinin iyirmiliyinə daxil edib. Həmin il Lili “Görünməyən tərəf” filmində Li enn Tuinin qızı rolunu oynayıb. 2011-ci ildə “Pastır” adlı mistik trillerə çəkilib. 2010-cu ilin yayından baş rolda Teylor Lotnerin çəkildiyi “Təqib” filminin çəkilişlərində iştirak edib. 2012-ci ildə “Ağca” nağılının növbəti adaptasiyasında baş rola çəkilib və Culiya Robertsin tərəf-müqabili olub. 2012-ci ildə Lili “Ölümcül silahlar: Sümüklər şəhər” filmində baş rola dəvət alıb. Çəkilişlərdə tərəf-müqabili Ceymi Kempbel Bauerlə tanış olub. Aralarında yaranan sevgi münasibətləri 2013-cü ilin avqustuna qədər davam edib. 2015-ci ildə Lilli öz İnstagram səhifəsində Bauerlə barışdığını və yenidən birlikdə olduqlarını bəyan edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%BB%D0%BB%D0%B8%D0%BD%D0%B7,_%D0%9B%D0%B8%D0%BB%D0%B8