Morena Bakkarin

Morena Bakkarin

Aktrisa

BİOQRAFİYA

Morena Bakkarin – braziliya əsilli amerikalı aktrisadır. 2 iyun 1979-cu ildə Rio-de-Janeyroda (Braziliya) anadan olub. Daha çox “İşıldaquş” fantastik teleserialında İnara, “Ulduz qapıları: SG-1” serialında Adriya, “V” serialında Anna, “Dedpul” və “Dedpul 2” filmlərində Vanessa rolu ilə yadda qalıb. 2013-cü ildə ən yaxşı ikinci plan qadın rolu nominasiyasında (“Vətən” serialına görə) “Emmi” mükafatına namizəd olub. Uşaqlığı Rioda keçib, yeddi yaşında ailəsi ilə Nyu-Yorka köçüb. Anası braziliyalı teatr və teleserial aktrisasıdır, atası Fernando Bakkarin xəbər telekenalında kordinator işləyir. LaQuardi Ali Musiqi və İncəsənət Məktəbinin məzunudur. Təhsilini başa vurduqdan sonra “Juilliard School”da teatrla məşğul olub, “Dram Division” truppasına üzv olub (1996-2000). 2000-ci illərin əvvəllərində Los-Ancelesə köçüb və kinokaryerasına qədəm qoyub. 2011-ci ildə rejissor və ssenarist Ostin Çiklə ailə qurub. Cültük 2015-ci ildə boşanma üçün məhkəməyə müraciət edib. Onların birgə nikahdan 2013-cü il təvəllüdlü oğulları var. 2017-ci ildə Morena aktyor Ben Makkenzi ilə evlənib. Cütlüyün Frensiz Layz Şenkkan adlı qızları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D0%BA%D0%BA%D0%B0%D1%80%D0%B8%D0%BD,_%D0%9C%D0%BE%D1%80%D0%B5%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç