Nikitin Dhir

Nikitin Dhir

Aktyor

BİOQRAFİYA

Nikitin Dhir 17 mart 1980-cı ildə Hindistanın Mumbay şəhərində anadan olub. Tanınmış hindistanlı aktyor Pankac Dhirin oğludur. Daha çox Bollivud filmlərində, o cümlədən “Hər zaman hazıram”, “Qorxusuz 2” və “Çennay ekspresi” filmlərində yaratdığı mənfi obrazlarla yadda qalıb. 2014-cü ildən aktrisa Kratika Senqar ilə evlidir. ABŞ-da altı ilə cui-citsu, güləş, kikboksinq hazırlıqlarına gedib, silahla davranış üzrə gücləndirilmiş təlim keçib. Hindistanın xüsusi təyinatlı dəstələrində (kommandos) xidmət edib, təlim keçmiş döyüşçü olması haqqında sertifikatı var. Hərbi xidməti davam etdirsəydi bəlkədə indi daha yüksək rütbələrdə olardı, ancaq kinoya olan sevdası daha güclü olduğundan aktyor karyerasına üstünlük verir. Bollivudda debütü “Codha və Əkbər” tarixi dramında baş tutur. Oynadığı Şərifəddin roluna görə Nikitin tənqidçilərin və tamaşaçıların yüksək rəyini qazanır. Bundan başqa “İstanbul missiyası” və “Çennay ekspresi” filmlərindəki rolları da ona kifayət qədər uğur qazandırıb. 2014-cü ildə “İkinci toy” serialında tərəf-müqabili olan aktrisa Kratika Senqarla ailə qurub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

http://bollywoodtime.ru/nikitin-dkhir-nikitin-dhee...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç