Çarli Kaufman

Çarli Kaufman

Ssenarist, rejissor

BİOQRAFİYA

Çarli Kaufman 19 noyabr 1958-ci ildə Nyu-Yorkda (ABŞ) yəhudi ailəsində nadan olub. Gənc yaşlarından kinoya maraq göstərib. Orta məktəbdən sonra kinematoqrafiya üzrə oxumaq üçün Boston Universitetinə daxil olur. Daha sonra Nyu-Yorka gedir. Tələbə vaxtlarında bir neçə qısametrajlı film çəkir. Təhsilini başa vurduqdan sonra Minneapolisə gedir. 32 yaşında Çarli Hollivudu fəth etmək üçün Los-Ancelesə (Kaliforniya ştatı, ABŞ) gedir. Ssenarist karyerasına “Larri ilə problemlər”, “Ned və Steysi” seriallarına ssenari yazmaqla başlayıb. Yeddi il televiziyada ssenarist kimi faəliyyət göstərib. 1994-cü ildə 36 yaşlı Çarli “Con Malkoviç olmaq” filminə möhtəşəm ssenari yazır. Tragikomediya janrında çəkilən filmin süjet xəttinə görə, Şvarts adlı bəxtsiz kukladüzəldən bacardığından artıq işlər görməyə çalışır. O, Con Malkoviçin beyninə yol tapır. Qeyri-adi şəkildə yazılan ssenariyə uzun illər heç kim maliyyə ayırmaq istəmirdi. Spayk Conz Kaufmana kömək edir. Sssenarinin yazılmasından beş il sonra 1999-cu ildə Kaufmanın ssenarisi ekrana çıxır və xeyli mükafat qazanır. Kaufmanın ilk tammetrajlı işi "Oskar", "Qızıl qlobus", BAFTA mükafatlarına namizəd seçilir. "Ən yaxşı orijinal ssenari" kimi Britaniya Kinoakademiyasının mükafatını qazanır. Hətta debütant kimi MTV kanalı Çarli Kaufmanı qalib elan edir. Kaufman Hollivud ssenaristlərinin superliqasına qoşulur. 2001-ci ildə Mişel Qondri ilə dostluğu başlayır. Mişel onun “Heyvan naturası” filmini çəkir. Bir il sonra isə Spayk Conzla “Adaptasiya” filmində əməkdaşlıq edir. Bu dəfə Çarli özündən yazır... Filmin qəhrəmanı Çarli Kaufman “Səhləb oğrusu” kitabının adaptasiyasını yazanda ideya böhranı yaşayır. Ona görə ətrafında nə baş verirsə, reallıqla fantaziyanı birləşdirib ekssentrik kokteyl yaradır. Çarlinin bu işi də uğurlu alınır və "Oskar"a namizəd göstərilir. Həmin ərəfədə Corc Kluninin rejissorluq debütü olan “Təhlükəli adamın etirafı” filminin ssenarisi üzərində işlər aparır. 2004-cü ildə isə Mişel Qondrinin ikinci işini - “Aydın ruhun əbədi işıqlanması” dramını təqdim edir. Həmin il Kaufman layiq olduğu "Oskar"ı qazanır. Sonra ssenariləri tək yazmağa qərar verir. 2008-ci ildə böhrandan çıxmağa çalışan teatr rejissorundan bəhs edən “Nyu-York, Nyu-York” filminin ssenarisini yazır. Film prokatda uğur qazanmasa da, tənqidçilər tərəfindən yüksək qiymətləndirildi.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/%C3%87arli_Kaufman

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç