Brüs Peyn
Aktyor
Brüs Martin Peyn 22 noyabr 1958-ci ildə Londonda (İngiltərə) anadan olub. Aktyor sənətinə həvəsi uşaq illərində yaranıb. Orta məktəbi bitirdikdən sonra iki mövsüm “Milli Gənclər Teatrında” səhnəyə çıxıb, “The Fringe” Edinburq incəsənət festivalında iştirak edib. Dolanmaq üçün dülgər, satıcı və bağban işləməyə məcbur olub, müxtəlif teatrlarda işə düzəlməyə çalışsa da, bütün səyləri boşa gedib. 1979-cu ildə Kral Dram İncəsənət Akademiyasına qəbul olunub. Oxuduğu illərdə səhnədə çıxışına görə bir neçə mükafatla təltif olunub. Şəxsən Kraliça II Yelizavetanın qarşısında çıxış edib. 1982-ci ildə gənc aktyor “Parada çıxmış sıravilər” komediyasında kinodebütünü gerçəkləşdirib. Peynin aktivində 70-dən çox bədii və televiziya filmi rolu var. Çəkildiyi filmlərin əksəriyyətində mənfi obrazlar yaradır. Brüsü çox vaxt onunla birgə “Parada çıxmış sıravilər” filminə çəkilmiş Culian Sendslə çaş-baş salırlar. Peyn daha çox “Qəddar rinq”, “57 nömrəli sərnişin”, “Sür getdik” filmlərində oynadığı rollarla yaddaşlarda qalıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/bryus_pein/