Uesli Snayps

Uesli Snayps

Aktyor, prodüser

BİOQRAFİYA

Uesli Trent Snayps 31 iyul 1962-ci ildə Orlando şəhərində (Florida ştatı, ABŞ) anadan olub. Anası məktəb işçisi, atası mühəndis olub (Ueslinin doğulmasından sonra ailəni tərk edib). Valideynlərinin boşanmasından sonra anası onu götürərək, Nyu-Yorkun Bronks rayonuna, qohumlarının yanına köçüb. Uşaqlığı Bronksun kasıb məhəlləsində, əsasən afroamerikalı və latın amerikalı fəhlə sinfinin yaşadığı küçədə keçib. Kasıb şəraitdə böyüyüb, anası ailəni dolandırmaq üçün 2 işdə işləməyə məcbur qalıb. Öz gücü hesabına oğlunu kriminal məhəllədə narkotiklərdən, dələduz və oğru dəstələrin təsirindən qoruyub. Yeddi yaşında Harlemdə Gənc Xristianlar assosiasiyası nəzdində əlbəyaxa döyüşlər məktəbinə verib. İncəsənət məktəbində rəqs, vokal və səhnə nitqi üzrə təhsil alıb. Daha sonra təhsilini Nyu-York Universitetində davam etdirib, incəsənət üzrə bakalavr dərəcəsi alıb. Universiteti bitirdikdən sonra reklamlara çəkilib, teatr tamaşalarında səhnəyə çıxıb. 1987-ci ildə Martin Skorsezenin Maykl Cekson üçün çəkdiyi “Bad” klipində epizodik rolda oynayıb. Daha sonra “Yüksək liqa” (1989), “Nyu-York kralı” (1990), “Yaxşı həyat haqqında blüz” (1990) filmlərinə çəkilir. 1991-ci ildə ekranlara çıxan “Nyu-Cek-Siti” və “Su üzərində rəqs” filmlərində narkobaron obrazı yaradır. 1992-ci ildə yüksək büdcəli “57 nömrəli sərnişin” filmində baş rola çəkilib. 1993-cü ildə Şon Konneri ilə “Qalxan günəş”, Silvester Stallone ilə “Dağıdıcılar” filminə çəkilib. 3 ildən sonra isə Robert De Niro ilə “Fanat” filmində baş rollardan birini oynayıb. 1997-ci ildə “Birgecəlik görüş” adlı melodrama görə “ən yaxşı aktyor kateqoriyasında “ Venesiya kinofestivalının “Volpi Cup” mükafatına layiq görülüb. 1998-ci ildə karyerasının ən uğurlu və populyar filmlərindən olan, vampir ovçusundan bəhs edən “Bleyd” fantastik trillerinə çəkilib. Aktyor şotokan karate üzrə qara kəmərə malikdir, eyni zamanda braziliya kaoeyrası və Koreya milli əlbəyaxa döyüş növü ilə məşğul olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Wesley_Snipes

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç