Stenli Klark

Stenli Klark

Musiqiçi, bəstəkar

BİOQRAFİYA

Stenli Klark 30 iyun 1951-ci ildə ABŞ-ın Filadelfiya şəhərində anadan olub. Amerikalı bass gitaraçı, kino bəstəkarı və “Return to Forever” caz qrupunun təsisçi üzvüdür. Onlarla televiziya və kino layihəsində bəstəkar kimi iştirak edib, müxtəlif janrların musiqiçiləri ilə əməkdaşlıq edib. Uşaqlığı Filadelfiyada keçib. Anası opera müğənnisi və kilsə xorunun üzvü olub və Klarkı musiqiyə həvəsləndirib. Əvvəl akkordionda ifanı öyrənib, daha sonra skripkaya meyl edib. Məktəb illərində kontrabas aləti ilə tanış olub. Yeniyetmə illərində isə akustik bass gitara ən sevimli alətinə çevrilib. Müxtəlif şənliklərdə və ad günlərində gitara çalıb, həmyaşıd qızların sevdiyi ifaçıları təqlid edib. Filadelfiyanın Musiqi Akademiyasında təhsil alıb. Məzun olduqdan sonra 1971-ci ildə Nyu-Yorka köçüb. Orada Körtis Fullerlə birgə ilk səsyazma debütünü edir, birinci sinqlını yazdırır. Stan Gets, Dekster QOrdon, Art Blaki, Mil Lyuis, Horeys Silver kimi ifaçılarla duet və kvartetlərdə iştirak edib. Klark 90-cı illərdən etibarən aktiv şəkildə televiziya və bədii filmlərə musiqilər bəstələyir. Daha çox “Küçə uşaqları” (1991), “Sirli qardaş” (2002), “Romeo ölməlidir” (2000),“57 nömrəli sərnişin” (1992) kimi filmlərin bəstəkarı kimi tanınır. “Pee-wee’s Playhouse” adlı ilk filminə yazdığı saundtrekə görə “Emmi” mükafatına namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Stanley_Clarke

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç