Den Qordon

Den Qordon

Ssenarist

BİOQRAFİYA

Den Qordon İsrailli-amerikalı ssenarist, rejissor, yazıçı və ehtiyatda olan İsrail Müdafiə Qüvvələri kapitanıdır. Ssenarist olaraq “Uayatt Erp” (1994), “57 nömrəli sərnişin” (1992), “Qasırğa” (1999) adlı filmlərə görə tanınır. Bundan başqa “Göylərə aparan yol” və “Zəfər əsgəri” seriallarının bir çox epizodlarına ssenari yazıb. Qəzza döyüşü haqqında şəxsi təcrübəsi əsasında bir neçə bioqrafik romanın müəllifidir. Den Qordon 5 may 1947-ci ildə Cənubi Kaliforniyada anadan olub. Uşaqlığı Bell Qardens şəhərində keçib, 16 yaşı olanda İsrailə köçüb və orada Qineqar kibbutsunda orta məktəbə daxil olub. Orta məktəbi bitirdikdən sonra Cənubi Kaliforniyaya geri dönüb və bir il ərzində East LA Junior kollecində oxuyub, daha sonra isə Kaliforniya Universitetində kino və televiziya fakültəsinə daxil olur. Həyat yoldaşı Co-Enlə İsraildə evlənib. Zaki, Yoni və Adam adlı 3 övladı var. Böyük oğlu 22 yaşında olarkən (1998-ci ildə) avtomobil qəzasında həlak olub. Qordon yəhudidir, bir çox Yəhudi və Xristian dini konfranslarında iştirak edib.



Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dan_Gordon_(screenwriter)

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç