Kevin Huks

Kevin Huks

Rejissor, aktyor

BİOQRAFİYA

Kevin Huks 19 sentyabr 1958-ci ildə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində dövlət qulluqçusu İvon Hikman və rejissor-aktyor Riçard Huksun ailəsində doğulub. Kinematoqrafiyaya gəlişində atasının böyük təsiri olub. 10 yaşı olanda Kefin ilk teledebütünü edib, “J.T” adlı filmə çəkilib. Ardınca 20-yə yaxın başqa telelayihədə iştirak edib. 1972-ci ildə “Saunder” filmində oynadığı rola görə ən yaxşı debütant kateqoriyasında “Qızıl Qlobus” mükafatına namizəd olub. Çox istedadlı aktyor olmasına rəğmən rejissor karyerası daha müvəffəqiyyətli olub. Quruluşçu rejissor qismində debütünü “Cutter to Houston” serialında gerçəkləşdirib. Həmin vaxtdan bəri 80-dan çox film və serialın çəkilişlərində bu vəzifəni tutub. Rejissor olaraq çəkdiyi filmlərə : “Otel” (1 epizod), “Sürünən-insanlar” (3 epizod), “Məzar əhvalatları” (1 epizod), “Təcili tibbi yardım” (1 epizod”), “Filadelfiya” (4 epizod), “Xəfiyyə Raş” (1 epizod), “Nyu-York polisi” (3 epizod), “Sümüklər” (4 epizod), “Həbsxanadan qaçış” (14 epizod), “Mentalist” (1 epizod), “Sadiq qadın” (2 epizod), “Kasl” (3 epizod), “Qalxan agentləri”(2 epizod) seriallarını misal gətirmək olar. Kevin eyni zamanda Helli Berrinin iştirakı ilə “Sadəcə Biznes” (1991), Uesli Snaypsın iştirakı ilə “57 nömrəli sərnişin”, Lourens Fişbörnün iştirakı ilə “Qaçaqlar” (1996), Patrik Sueysinin iştirakı ilə “Qara köpək” kimi filmləri lentə alıb. 7 yanvar 1978-ci ildən 1984-cü ilə kimi Recina Huksla evli olub, nikahdan bir qızı var. Boşandıqdan sonra Şeril Huksla evlənib. İndiyə kimi onunla yaşayır, birgə nikahdan iki övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

http://ru.supernatural.wikia.com/wiki/%D0%9A%D0%B5...

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç