Lara Flin Boyl
Aktrisa
Lara Flinn Boyl 24 mart 1970-ci ildə ABŞ-ın Ayova ştatında anadan olub. Daha çox “Tvin Piks” və “Praktika” teleseriallarındakı rollarına görə tanınıb. İlk dəfə “Ferris Büller istirahətə çıxır” (1986) filmindəki rolu ilə məşhurlaşan Lara Flinn Boyl daha sonra Aktyorlar gildiyasının üzvü olub. O “Amerika” (1987), “Polterqeyst 3” (1988) və “Ölmüş şairlər cəmiyyəti” (1989) kimi filmlərdə rol alıb. İlk dəfə “Tvin Piks” serialında baş rolda çəkilən və məşhurluq qazanan aktrisa, daha sonra serial yaradıcısı və rejissoru olan Devid Linçin çəkdiyi tammetrajlı “Tvin piks: od mənimlədir” filmindəki roldan imtina edib. “Praktika “ (1997) serialında dairə prorkuroru köməkçisi Helen Hembel obrazını canlandırıb və 2003-cü ilədək serialda rol alıb. Helen roluna görə “Emmi” mükafatına namizəd olub. 2002-ci ildə aktrisa “Qara paltarlı insanlar 2” blokbasterində baş rollardan birini oynayır. 2005-ci ildə isə “Las-Veqas” serialında otelin yeni sahibəsi Monika rolunu canlandırıb. 2000-ci ildən etibarən aktrisanın karyerasında tənəzzül dövrü başlayır, o daha çox aşağıbüdcəli filmlərdə rol alır. Aktrisa plastik cərrahiyyə nəticəsində tanınmaz hala düşüb və xarici görünüşü ilə bağlı mətbuatın hədəf nöqtəsidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D0%B9%D0%BB,_%D0%9B%D0%B0%D1%80%D0%B0_%D0%A4%D0%BB%D0%B8%D0%BD%D0%BD