Mişel Qondri

Mişel Qondri

Kinorejissor, ssenarist

BİOQRAFİYA

Mişel Qondri 8 may 1963-cü ildə Fransanın Versal şəhərində anadan olub. Mişel uşaq vaxtı rəssam, ya da ixtiraçı olmağı arzulayıb. 1980-ci ildə Parisdə yaradıcılıq məktəbinə gedir və burada rəssamlıqla maraqlanır. Burada özünə yeni dostlar tapan Mişel "Oui Oui" adlı pop-rok qrupunu yaradır. Qondri əvvəlcə televiziya reklamları işləyir. Devid Finçer və Spayk Conz kimi Qondridə reklam və musiqi çarxlarından populyarlaşaraq kino industriyasına qoşulan rejissorlardan hesab olunur. Qondrinin kinematoqrafik debütü 2001-ci ildə “Heyvan naturası” filmi ilə olub (tənqidçilər onun işini bəyənməmişdilər). Lakin 2004-cü ildə ekrana çıxan ikinci filmi “Aydın şüurun əbədi işıqlanması” birinci filmdə işlədiyi Çarli Kaufmanın ssenarisi əsasında çəkilir və yetərincə uğur qazanır. Filmin əsas rollarını Cim Kerri və Keyt Uinslet kimi ulduzlar canlandırıblar. Filmin ssenarisinə görə Qondri "Oskar" mükafatına layiq görülür. Həmçinin ən yaxşı fantastik film kimi “Saturn" mükafatını da qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Michel_Gondry

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç