Patrik Rid Conson

Patrik Rid Conson

Rejissor, ssenarist

BİOQRAFİYA

Patrik Rid Conson 7 may 1962-ci ildə ABŞ-ın İllinoys ştatının Uedsvors şəhərində dünyaya gəlib. Daha çox “77” (2007), “Körpə Gəzintidə” (1994), “Kosmik işğalçılar” (1990), “Törəmə kodu” (2010) filmlərinin rejissoru kimi tanınıb. Bundan başqa 90-cı illərin fantaziya janrında çəkilmiş ən populyar filmlərindən olan “Əjdaha ürəyi” filminin ssenaristidir. Kino karyerasına xüsusi effektlər tərtibatçısı və modelləşdirmə üzrə mütəxəssis olaraq başlayıb. 1990-cı ildə “Kosmik işğalçılar” fantastik filmi ilə ilk tammetrajlı rejissor debütünü gerçəkləşdirib. Fantastik komediya-macəra janrında olan film, Mars sakinlərinin İllinoys ştatına hücumundan bəhs edir. Ardınca 1994-cü ildə “Dinozavrlar” teleserialının 1 epizoduna rejissorluq edib. 1994-cü ildə karyerasının ən uğurlu işlərindən sayılan “Körpə gəzintidə” filmi ekranlara çıxıb. Conson 1999-cu ildə avtobioqrafik mövzuda olan “77” filminin çəkilişi üçün hazırlıq işlərinə başlayır. İstehsalı üçün maliyyə mənbəyi tapa bilmədiyindən çəkilişlərə yalnız 2004-cü ildə start verib. Filmin natamam versiyası Ulduz Müharibələri Şənliyində təqdim olunub, 2008-ci ildə isə Hemptons Beynəlxalq Film Festivalında təqdim olunub. Film “Heineken Red Star Award” mükafatına layiq görülüb. Film Ulduz müharibələri saqasının ilk fanatı olan Consonun uşaqlıq illərindən danışır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Patrick_Read_Johnson

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç