Uilyam H. Meysi
Aktyor, ssenarist, prodüser
Uilyam H. Meysi amerikalı aktyor və ssenaristdir. Koen qardaşlarının “Farqo” (1996) trillerində oynadığı rola görə ikinci plan aktyoru nominasiyasında “Oskar” mükafatına namizəd olub. 13 mart 1950-ci ildə Mayami şəhərində İkinci dünya müharibəsi veteranı – zabit pilotun ailəsində dünyaya göz açıb. 1971-ci ildə Çikaqoya köçüb və dramaturq Devid Memetlə dostlaşıb. Həmin dönəmlərdə Memetlə Çikaqo teatrında işləyib. 1985-ci ildə isə dostlar Kaliforniyaya köçüblər. “Radio günləri” (1987) və “Müştəri” (1993) filmində oynadığı epizodik rollardan sonra Meysi Koen qardaşlarının “Farqo” tragikomediyasına ikinci plan roluna dəvət alır. Filmin gətirdiyi fantastik uğurdan sonra bir neçə tanınmış filmə o cümlədən, Petersenin 1997-ci ildə ekranlara çıxan “Prezident təyyarəsi” filminə çəkilir. Həmçinin “Psixoz” və “Buqi nayts” filmlərində də kifayət qədər yadda qalan obrazlar yaradır. Növbəti uğurlu layihələri “Maqnoliya” (1999), “Mobil telefon” (2004) və “Əsl qabanlar” (2007) filmləri olur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/William_H._Macy