Frensis Konroy
Aktrisa
Frensis Hardman Konroy 13 noyabr 1953-cü ildə ABŞ-ın Corciya ştatının Monro şəhərində anadan olub. Anası biznesmen qadın, atası irland əsilli fermer olub. 1971-1972-ci illərdə “Dikinson” kollecində oxuyub. Orada “Su pəriləri” idman klubunun üzvü olub. Bundan başqa tələbə dərnəklərində və tamaşalarında iştirak edib. Daha sonra Nyu-Yorka köçüb, Pleyxaus teatrı və Culiyards məktəbində dram incəsənətini öyrənib. Daha çox “Müştəri həmişə ölüdür” (2001-2005) teleserialında Rut Fişer rolu ilə tanınıb. Həmin rola görə 2004-cü ildə ən yaxşı qadın rolu nominasiyasında “Qızıl Qlobus” mükafatına layiq görülüb. Frensis Konroyun iştirakı ilə çəkilmiş məşhur filmlər arasında: “Aşiqlər” (1984), “Qadın ətri” (1992), “Sietldə oyaqlar” (1993), “Pişik qadın” (2004), “Aviator” (2004), “Sınmış güllər” (2005), “Zülmətin yüksəlişi” (2007), “Sevgi olan şeydir” (2009) bədii filmlərini həmçinin “Amerikanın qorxu tarixi” (2011-2017) serialını sadalamaq olar. Frensis Konroy 1980-ci ildə Conatan Förstə ərə getsə də, tezliklə tərəflər boşanmaq qərarına gəliblər. 1992-ci ildən aktyor Jan Monro ilə ailəlidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Frances_Conroy