Pitof
Rejissor, ssenarist, prodüser
Jan-Kristof “Pitof” Komar – fransalı vizual effekt mütəxəssisi və kinorejissordur. Daha çox “Videok” və “Pişik qadın” filmləri üzərində gördüyü işə görə tanınır. 1986-cı ildən bəri vizual effektlərin tərtibatı ilə məşğul olmağa başlayıb. Jan-Pyer Jöne, Lars Fon Trier, Vim Venders, Bertran Tavernye, Jan-Batist Mondino, Jan-Pol Qud, Alen Şaba və Lük Besson kimi rejissorlarla əməkdaşlıq edib. “Pişik qadın” (2004), “Vidok” (2001), “Alov və buz: əjdaha xronikaları” ( 2008) kimi filmlərin rejissorudur. “Vidok” (2001), “Tapança” (2003), “Attention fillettes!” (1982) filmlərinin ssenarisini yazıb, “Hotel pouer jeunes filles (1980),“Jouir!” (1978) filmlərinin çəkilişi və səsləndirilməsində iştirak edib. “KO Kid” (1994) filmi üçün musiqi bəstələyib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B8%D1%82%D0%BE%D1%84