Luis Fan

Luis Fan

Aktyor

BİOQRAFİYA

Luis Fan 19 iyun 1973-cü ildə Honq-Konqda (ÇXR) aktyor ailəsində doğulub. Artıq beş yaşı olanda kino debütünü edib. 1978-ci ildə ekranlara çıxan “Amsterdam əlaqələri” filminə atası ilə birgə çəkilir. Kiçik Fan baş qəhrəmanın balaca qardaşı rolunu oynayır. Luis bu təcrübədən sonra peşəkar aktyor olmaq sevdasına düşür. 80-ci illərin ortalarından etibarən mütəmadi olaraq döyüş filmlərinə çəkilməyə başlayıb. 1983-cü ildə “Günəşin davamçısı” filmində baş qəhrəmanın gənclik illərindəki səhnələrə çəkilir (fleşbek). 1985-ci ildə “Usta cavab zərbəsi endirir” filmində çəkilir. Atasının və onun əsas iş yeri sayılan “Shaw Bros” kino studiyası bağlansa da, Luis rolsuz qalmayıb və 1986-cı ildə dörd müxtəlif studiyanın filminə çəkilib. Onlardan biri “Qanundan ali” filmidir. Aktyorun döyüş bacarıqları kənarda yerli-yerində görünsə də, atası onu döyüş sənətini işinin peşəkarlarından öyrənməsi üçün Şandonqa yollayır. Beləcə Fan ailəsindən və kinodan uzaqda 3 il keçirir. 1987-1990-cu illər ərzində yalnız “Şərqin Əjdahaları” sənədli filminə çəkilir, orada müxtəlif döyüş üslublarını nümayiş etdirir. Honq-Konqa qayıdışından sonra Luis Stenli Tonqun “Daş dövrünün döyüşçüləri” (1991) macəra-döyüş filmində baş rola dəvət olunur. 2008-ci ili karyerasının ən məhsuldar və uğurlu illərindən saymaq olar. Məhsuldar ona görə ki, 12 ay ərzində 4 filmə çəkilir, uğurlu ona görə ki, “İp Mən” filmində karyerasının ən parlaq və yadda qalan rolunu oynayır. Onun yaratdığı personaj, kun-fu döyüş sənətinin dərinliklərinə bələd olan, lakin bundan qürrələnən və suistifadə edən quldur döyüşçüdür.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Louis_Fan_(actor )

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç