Lin Hun

Lin Hun

Aktrisa

BİOQRAFİYA

Lin Hun 10 oktyabr 1980-ci ildə Çinin Yantzı bölgəsində (Nanyinq şəhərində) anadan olub. Honq-Konqlu model və aktrisadır. Kinoda daha çox “İp Mən” trilogiyasında baş qəhrəmanın həyat yoldaşı rolu ilə məşhurlaşıb. Karyerasına 2006-cı ildə model olaraq başlayıb. Qısamüddət ərzində regionun top modellərdən birində çevrilib. 2008-ci ildə isə aktrisa karyerasına qədəm qoyur. Çəkildiyi ilk tammetrajlı film olan “İp Mən” ona böyük uğur qazandırır. Filmin sikvelləri ilə yanaşı digər kino layihələrindən də çoxsaylı təkliflər gəlir. Lin Hun Honq-Konqlu biznesmen Ken Kvokun həyat yoldaşıdır, 2016-cı ildə ailə qurublar. Evlənənə qədər iki il görüşüblər. Buna qədər isə modelin Honq-Konq aktyoru və müğənnisi Aaron Kvokla 7 illik münasibəti olub. Habelə toyla bağlı aralarında düşən ixtilafdan sonra 2013-cü ildə qalmaqallı şəkildə ayrılıblar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Lynn_Hung

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç