Uilson İp

Uilson İp

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Uilson İp 23 oktyabr 1963-cü ildə Honq-Konqda (Çin) anadan olub. Rejissor debütü 1995-ci ildə “Gecə saatı” filmi ilə gerçəkləşib. 1998-ci ildə ssenaristi və rejissoru olduğu “Bio-Zombi” qorxu filmi ekranlara çıxır. Rejissorun ən uğurlu işləri məşhur döyüş sənəti ustası Brüs Linin müəlliminin həyat yolundan bəhs edən “İp Mən”, “İp Mən 2”, həmçinin “Ağ əjdaha” filmi sayılır. Uşaq yaşlarından kinoya böyük maraq göstərib. Tez-tez kinoteatrlara gedir və biletin arxa tərəfində filmin resenziyalarını yazırdı. 80-ci illərin ortalarından kinematoqrafiya sahəsində fəaliyyət göstərir. Corc Romerin “Ölülərin qiyamı” filmindən ilhamlanaraq “Bio-Zombi” adlı qorxu filmini çəkib. Ancaq sonradan əsas üstünlük verdiyi janrı birdən-birə dəyişərək, macəra və döyüş janrına meyl salıb. “Üç ulduz”, “Qaynar nöqtə” kimi filmləri lentə alıb. Ardınca universal döyüşçü Don Yenlə əməkdaşlığa başlayır və onu vin-çun üslubunun əfsanəsi İp Mən roluna çəkir. Film təkcə regionda deyil, Şimali Amerika və Avropada da fantastik uğura imza atır. Tamaşaçıların və kinotənqidçilərinin rəğbətini qazanır. Rejissor bu tərəqqidən sonra filmin sikvellərini çəkir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Wilson_Yip

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç