Mori Çaykin
Aktyor
Mori Alan Çaykin 27 iyul 1949-cu ildə Nyu-Yorkda (ABŞ) doğulub. Atası kollec müəllimi, anası tibb bacısı olub. 1970-ci illərin əvvəllərində Amerika Teatr Konservatoriyasında oxuyub. Universiteti bitirdiyi ərəfədə “Bataqlıq tülküsü" truppasını yaradıb və onlarla birlikdə ABŞ və Kanadanın müxtəlif bölgələrinə qastrollara yollanıb. 70-ci illərin sonlarında Nyu-York səhnəsində qoyulan bir sıra tamaşalarda uğur qazanır. Kino debütü 1979-cu ildə Kanadanın istehsalı olan “Riel” filmində baş tutur. 80-ci illərdə rejissorların və prodüserlərin ona olan marağı artıb. 30 illik aktyor karyerası ərzində Mori kino və televiziyada 140 rolda oynayıb. Daha çox “Niro Vulfun sirləri” (2001-2002) adlı teleserialda oynadığı baş rolla, kinoda isə “Əmim oğlu Vinni” (1992), “Canavarlarla rəqs edən” (1990), “Siçan ovu” (1997), “Müharibə oyunları” (1983) filmlərində oynadığı ikinci dərəcəli rollarla yaddaşlarda qalıb. Aktyoru “Müharibə oyunları” (1983), “Yataq otağının pəncərəsi” (1987), “Əkizlər” (1988), “Canavarlarla rəqs edən” (1990) filmləri populyarlaşdırıb. 1994-cü ildə aktyor “Balina musiqisi” adlı filmdə oynadığı rola görə "Ən yaxşı aktyor" nominasiyasında “Cini” mükafatına layiq görülüb. 1997-ci ildə isə “Parlaq gələcək” adlı ekran əsərində oynadığı rola görə Milli Kino tənqidçiləri Şurasının mükafatı ilə təltif olunub. 27 iyul 2010-cu ildə uzun sürən xəstəlikdən sonra (böyrək çatışmazlığı) 61 yaşında Toronto xəstəxanasında vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Maury_Chaykin