Con Emiel
Rejissor
Con Emiel 20 may 1948-ci ildə London şəhərində anadan olub. Britaniyalı kinorejissor, teatr rejissoru və kinoprodüserdir. 1980-ci illərdə həm kino, həm də televiziya sahəsində çalışıb. Uşaqlığı doğma London şəhərində keçib. İngilis ədəbiyyatı ixtisası üzrə Kembric universitetinin məzunudur. Universitetdən sonra kral Şekspir truppasında rejissor işləyib, eyni zamanda bir müddət BBC telekanalında redaktor olub. Emielin rejissor debütü “Susqun əkizlər” filmi sayılır. 1985-ci ildə ekranlara çıxan filmin uğurundan sonra rejissor olaraq Dennis Potterin “Zümzümə edən xəfiyyə” serialına dəvət alıb. 1989-cu ildə ilk tammetrajlı filmi işıq üzü görüb. Böyük kinoda ona şöhrət qazandıran filmləri “İmitator” (1995), “Yerin nüvəsi” (2003), “Tələ” (1999), “Radionu sabaha köklə” (1990) hesab olunur. Con Emiel Santa-Monika şəhərində həyat yoldaşı Tara və iki övladı ilə yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jon_Amiel