Sebastyan Qutyerres

Sebastyan Qutyerres

Ssenarist, rejissor, prodüser

BİOQRAFİYA

Sebastyan Qutyerres 10 sentyabr 1974-cü ildə Venesuelanın Karakas şəhərində anadan olub. Venesuella əsilli amerikalı kinorejissor, ssenarist və prodüserdir. Daha çox «İudanın öpüşü”, “Qotika”, “İlan uçuşu” və “Göz” filmlərinə görə tanınır. 1994-cü ildə Qutyerres öz karyerasını aktyor olaraq başlayaraq, “Yuxarı qonşu” filminə çəkilir. Daha sonrada “Ölüm nişanı altında” və “Toy zınqırovlarının musiqisi” filmlərində epizodik rollar oynayıb. Rejissor debütü 1998-ci ildə “İudanın öpüşü” filmi ilə gerçəkləşir; filmdə baş rollara Emma Tompson və Alan Rikman çəkilib. Filmin müsbət qarşılanmasından sonra “Gotika”, “Böyük qarət” və “İlan uçuşu” kimi filmlərin ssenarisini yazır. 2007-ci ildə Qutyerres “Vampir qız” filminin rejissoru və ssenaristi olur. 2009-cu ildə baş rola Karla Qucinonun çəkildiyi “Başı bəlada olan qadın” filmini lentə alır. 2010-cu ildə isə “Elektr Lüks”un sikvelini ərsəyə gətirir. Sözügedən film internetdə açıq onlayn yayıma qoyulub və Qutyerresin prodüser qismində debütü sayılır. 2011-ci ildə “Qızlar bara daxil olur” filmi ekranlara çıxır. Son uğurlu işlərindən biri ağ-qara film üslubunda lentə aldığı “Otel-Nuar” kriminal dramı sayılır. 2004-cü ildən aktrisa Karla Qucino ilə vətəndaş nikahındadır. Onunla “Karen Sisko” serialının çəkilişlərində tanış olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Sebastian_Gutierrez

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç