Matyö Kassovits

Matyö Kassovits

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Matyö Kassovits 3 avqust 1967-ci ildə Parisdə (Fransa) kinematoqraflar ailəsində dünyaya göz açıb. Anası fransız kinorejissor, atası yəhudi əsilli macar ssenarist və rejissor olub. Valideynlərinin hesabına kino ilə bağlı ilk təcrübəni elə peşəkarlardan alıb. Uşaqlıq illərində 1981-ci ildə “Hər şey yaxşı olsa, gələn il” filminə çəkilir, bir il sonra isə “Berliozun həyatı” serialında gənc bəstəkar Hektor Lui Berliozu canlandırır. 1990-cı ildə rejissor olaraq qısametrajlı filmi ilə debütünü edir. Həmin işə görə 1991-ci ildə Kann kinofestivalında ən yaxşı debüt kateqoriyasında mükafata layiq görülüb. 90-cı illərdə aktyor olaraq daha ciddi rollara təkliflər alıb. 1994-cü ildə “Bax, insanlar necə yıxılır” dramında çəkilir. 1996-cı ildə Kassovits “Heç kimin tanımadığı qəhrəman” adlı lentdə ilk baş rolunu qazanır. Film Müqavimət qüvvələrində iştirak faktını saxtalaşdıran və milli qəhrəman olan gəncdən bəhs edir. 1995-ci ildə “Nifrət” adı filmi çəkməklə böyük şöhrət qazanır. İrqlərarası münaqişələrdən danışan ekran əsəri, Fransada ciddi rezonans doğurur. Film ən yaxşı film kateqoriyasında “Sezar” mükafatı ilə təltif olunub. Kassovits isə Kann kinofestivalında ən yaxşı rejissor nominasiyasında qalib olur. Uğurlu aktyor işləri arasında Lük Bessonun “Beşinci element” fantastik filmində oğru rolu, “Yalançı Yakob” (1999) filmində Herşel rolu, “Ameli” (2001) filmində Nino rolu, Stiven Spilberqin “Münhen: Qisas” (2005) filmində Robert rolunu sadalamaq olar. Rejissor olaraq onu dünyaya tanıdan işi Jan Reno və Vensan Kasselin baş rola çəkildiyi “Qırmızı çaylar” detektiv trilleri olub. Sözügedən film “Sezar” mükafatı ilə təltif olunub. 2003-cü ildə “Qotika” adlı fantastik trillerini çəkib. Filmin rejissoru olmaqdan savayı, ona prodüserlik də edib. 2015-ci ildə “Müharibə və Sülh” romanının ekranizasiyasında Napoleon Bonapartı oynayıb.

Ətraflı məlumat üçün aşağdakı linkə basın:
http://stuki-druki.com/authors/Kassovitz.php

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç