Volfqanq Petersen

Volfqanq Petersen

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Volfqanq Petersen 14 mart 1941-ci ildə Almaniyanın Emden şəhərində tacir ailəsində anadan olub. Uşaqlığı Hamburqda keçib, orada məktəbə gedib və gimnaziyanı bitirib. Artıq gimnaziyada oxuduğu illərdə ilk 8mm filmlərini çəkməyə başlayıb. 1960-1964-cü illərdə Hamburqun “Gənclər Teatrında” rejissor köməkçisi işləyib. İlk tamaşalarını qoymağa başlayıb, paralel olaraq aktyorluq məktəbinə daxil olub. 1966-1969-cu illərdə Qərbi Berlinin Kino və Televiziya Akademiyasında oxuyub. Diplom işi olan “Səni öldürəcəm, Vulf” filmi onu qapılarını televiziyaya açır. Mütəmadi olaraq müxtəlif televiziya filmləri və seriallar çəkməyə başlayır. 1974-cü ildə “İkimizdən biri” adlı filmə görə yerli mükafata layiq görülür. 1977-ci ildə homoseksual əlaqələrdən bəhs edən “Fəsadlar” filmi Bavariyanın Birinci kanalında ixtilafa yol açır. Rəhbərlik onu efirə çıxarmaqdan imtina edir. Habelə sonradan nümayişi böyük rezonans doğurur. 1980-cı ildə artıq möhtəşəm rejissor reputasiyasını qazanmış Volfqanq Bavariya studiyasından, beynəlxalq bazar üçün nəzərdə tutulmuş və Lotar-Günter Buxxaymın romanının adaptasiyası olan “Sualtı qayıq” filmini çəkmək təklifi gəlir. Real hadisələrdən bəhs edən film, Şimali Amerika və Avropada böyük uğura səbəb olur, nə az nə çox 6 “Oskar” nominasiyasına namizəd olur. Daha çox çəkdiyi “Sualtı-qayıq” (1981), “Mənim düşmənim” (1985), “Epidemiya” (1995), “Prezidentin təyyarəsi” (1997), “Troya” (2004), “İdeal tufan” (2000) filmlərə görə şöhrət qazanıb. 1984-cü ildən bəri Hollivuda köçüb və orada fəaliyyəti ərzində çoxsaylı blokbasterlər ərsəyə gətirib. 1995-ci ildə Dastin Hoffmanın baş rola çəkildiyi “Epidemiya” filmi böyük ekranlara çıxıb. 1997-ci ildə prezidentin təyyarəsini qaçıran terrorçuların hekayəsini danışan “Prezident təyyarəsi” blokbasterini lenta alır, baş rolu Harrison Ford oynayır. Film həm kassa uğuru həm də tənqidçilərin müsbət rəyini qazanır. Bundan başqa “Troya”, “İdeal tufan” kimi filmləri də karyerasına öz möhürünü vurmuş əsərlərindən sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Wolfgang_Petersen

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç