Natali Martines

Natali Martines

Aktrisa

BİOQRAFİYA

Natali Martines 12 iyul 1984-cü ildə ABŞ-ın Mayami şəhərində anadan olub. Kuba əsilli amerikalı aktrisa və fotomodeldir. 2002-ci ildə Sent-Brendan adına məktəbi bitirib. Paralel olaraq özəl katolik məktəbdə oxuyub. Karyerasına fotomodel olaraq başlayıb. 2008-ci ildə “Miss Florida” gözəllik müsabiqəsində “Miss Mehribanlıq” titulunu qazanıb. 2006-cı ildə “Moda Evi” teleserialına çəkilib. 2007-ci ildə isə “Məsumlar və günahkarlar” serialında ikincidərəcəli rol əldə edib. Kinoda debütü “Ölümcül yürüş” filmində Eyms adlı avtopilotun rəfiqəsi Keys rolu olub. 2010-2011-ci illərdə “Detroit 1-8-7” teleserialına çəkilib. 2012-ci ildə “Patrul” filmində görüntülənib. 2012-2013-cü illərdə “CSI: Cinayət yeri Nyu-York” kriminal-detektiv serialına çəkilib. 2015-ci ildə “Özündən kənar” elmi-fantastik trillerdə baş qəhrəmanın həyat yoldaşı rolunu oynayıb. Bundan başqa “Krallıq” və “Sirlər və yalan” adlı serialların çəkilişində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Natalie_Martinez

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç