Tarsem Sinqx

Tarsem Sinqx

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Tarsem Dhandvar Sinqx 26 may 1961-ci ildə Hindistanın Pəncab bölgəsində anadan olub. Hind əsilli amerikalı kinorejissordur. Daha çox aparıcı musiqi kliplərinin və reklam çarxlarının rejissoru kimi şöhrət qazanıb. “Radical Media” şirkətinin kommersiya direktorudur. 2000-ci ildən etibarən kino rejissorluğuna başlayıb. Onun “Qəfəs” (2000) və “Hüdudlardan kənarda” (2006) adlı filmləri möhtəşən vizual qrafika, süjetdə isə yuxu və reallıq arasındakı sərhədin mükəmməl tarazlaşdırılması ilə fərqlənir. Uşaqlığını İranda keçirib. Daha sonra atası onu təhsil almağı üçün Himalaya göndərib. Əvvəl Bişop Kotton adına məktəbdə oxuyub, ardınca Dehli universitetində ali təhsil alıb. 24 yaşı olanda ABŞ-a köçüb. Kaliforniyanın Pasadina şəhərində yerləşən incəsənət kollecini bitirib. Rejissor karyerasına klipmeyker kimi başlayıb. Ən çox uğur qazanan videosu R.E.M qrupunun “Losing my religion” hitinə çəkdiyi klip sayılır. Həmin klip 1991-ci ildə altı nominasiya üzrə MTV Video Music Awards mükafatlarını qazanıb. Rejissorun dediyinə görə bu klipin stilistikasına Karvaconun rəsmlərindəki obrazlar və Tarkovskinin filmləri təsir göstərib.Tarsem daha sonra reklam biznesinə üz tutub. Elə indi də ara-sıra reklam çarxları çəkir. Nike, Coca-Cola, Pepsi, Motoral, Levis kimi məşhur brendlərlə əməkdaşlıq edib. Kinoda debütü 2000-ci ildə ekranlara çıxan, Ceniffer Lopesin baş rola çəkildiyi “Qəfəs” adlı qorxu filmi sayılır. Bu filmdə psixoloq qadın yeniyetmə qızı xilas etmək üçün xüsusi cihaz vasitəsilə silsilə qatilin şüuraltına səyahət edir. Səhnələrdə Losing My Religion videoklipindəki stilistikadan istifadə olunub. “Hüdudlardan kənarda” adlı filmi isə 2006-cı ildə Toronto kinofestivalında təqdim olunub. Sözügedən filmin istehsalında eyni zamanda ssenarist və prodüser qismində iştirak edib. 2015-ci ildə isə “Özündən Kənar” adlı elmi-fantastik trillerini təqdim edib. Filmin çəkilişləri 24 ölkədə aparılıb. Hazırda rejissor London və Los-Ancelesdə fəaliyyətini davam etdirir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tarsem_Singh

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç