Kiran Haynds
Aktyor
Kirian Haynds 9 fevral 1953-cü ildə Şimali İrlandiyanın, Belfast şəhərində anadan olub. Aktyor karyerasına Qlazqonun “The Citizens Theatre” teatrında başlayıb. Böyük ekranlara çıxan ən tanınmış filmləri “Şüurun dəlilləri”, “Ceyn Eyr”, “Lara Kroft: Həyat beşiyi”, “Operanın kabusu” və “Münhen” filmləridir. Televiziyada HBO telekanalında yayımlanan “Roma” serialında Qay Yuli Sezar rolu ilə məşhurlaşıb. Həmçinin “Taxt oyunları” serialında Quldur-Mans rolu ilə tanınır. Belfastda katoliklər ailəsində böyüyüb. Çoxövladlı valideynlərin sonbeşiyi, beşinci övladı olub. Atası həkim, anası məktəb müəlliməsi idi. Orta təhsilini "St. Malachy’s College" kollecində alıb. Aktyor sənətini Kral Dram-İncəsənət Akademiyasında öyrənib. Hazırda Parisdə Vyetnam əsilli fransız aktrisa Elen Pataro ilə birlikdə yaşayır. Onunla 1987-ci ildə “Mahabharatlar” tamaşasının məşqlərində tanış olub. Onların birgə vətəndaş nikahından 1991-ci il təvəllüdlü İfe adlı qızları var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ciar%C3%A1n_Hinds