Zakari Kuinto

Zakari Kuinto

Aktyor

BİOQRAFİYA

Zakari Con Kuinto 2 iyun 1977-ci ildə Pitssburq şəhərində (Pensilvaniya ştatı, ABŞ) anadan olub. Fövqəltəbii bacarıqlara malik olan “Qəhrəmanlar” (2006-2010) serialında oynadığı antaqonist rolu ilə məşhurlaşıb. 2012-2013-cü illərdə “Amerika qorxu tarixi: Ruhi əsəb xəstəxanası” serialına çəkilib. Bundan başqa “Ulduz yolu” franşizasının iki filmində yadplanetli “Spok” rolu ilə populyarlaşıb. Kuinto italiyan və irland əsillidir. 1999-cu ildə Karneqi-Mellon universitetini bitirib. Televiziyada debütünü 2000-ci ildə “Başqaları” serialında gerçəkləşdirib. Daha sonra “CSI: Cinayət yeri”, “Mələyin toxunuşu”, “Tilsimlənmişlər”, “Müştəri hər zaman ölüdür”, “Draqnet” kimi reytinqli seriallarda çəkilib. 2004-cü ildə “24” teleserialında ikinci plan rolu əldə edib. Kuinto serialın üçüncü mövsümünün bir epizodundan başqa bütün epizodlarında Adam Kaufman rolunda kamera qarşısına çıxıb. 2006-cı ildə Zakari “Tori Spellin” sitkomunda çəkilməyə başlayıb. Həmçinin ona şöhrət qazandıran “Qəhrəmanlar” adlı elmi-fantastik serialda silsilə qatil Saylar rolunu oynayıb. 2007-ci ildə Kuintonun “Ulduz yolu” (2009) filmində Skop roluna çəkiləcəyi elan olunub. Premyera 2009-cu ildə mayın 7-də baş tutub. Kuinto 2011-ci ildə yeniyetmə Ceymi Rodemayerin intihar etməsindən sonra mavi olduğunu mətbuata etiraf edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Куинто,_Закари

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç