Aleksandr Bax
Rejissor
Aleksandr Bax polşa əsilli almaniyalı kinorejissordur. Uşaq olan illərdə ailəsi Qərbi Almaniyaya köçüb. Həmin illərdə fortepiano üzrə musiqi təhsili alıb. Daha sonra kinoakademiyaya daxil olaraq “Mercedes Benz”, “Hyundai”, “Tom Tailor”, “Marlboro”, “Nike” və “Nivea” kimi brendlərə reklam çarxları çəkməyə başlayıb. Bəzi videoçarxları Kannda fərqlənib. Lakin Qırmızı Xaç komitəsi üçün çəkdiyi reklam onun rejissor karyerasını tamamilə dəyişib: Ona ABŞ-dan, “20th Century Fox” studiyasından zəng gəlir və məşhur video oyunun motivləri əsasında lentə alınmış “Hitmen” filminin sikvelini çəkməyi təklif edirlər. “Mən özüm geymer deyiləm, ancaq ssenarini oxudum və baş qəhrəmanın obrazını çox bəyəndim. Bu personajı açmaq mənə maraqlı gəldi – emosiyalardan məhrum olmuş, yüksək intellektə sahib lakin işi-gücü yalnız qətl törətmək olan bir insan. Mənim baxışım belə idi, ancaq studiyanın başqa nöqteyi nəzəri var idi. Düzdür kinonu mən istədiyim kimi çəkməyə imkan yaratdılar, habelə, çox şeyi montaj və post-prodakşn prosesi həll edir. Filmin belə deyə ora-burasını düzəldib daha dinamik etdilər, bəzi səhnələri isə ümumiyyətlə mənimlə məsləhətləşmədən, başqa rejissora həvalə etdilər”- deyə Aleksandr Bax Rusiya mətbuatına verdiyi müsahibədə bildirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: