Kiril Bonfilyoli

Kiril Bonfilyoli

Yazıçı, ssenarist

BİOQRAFİYA

Kiril Bonfilyoli 29 may 1928-ci ildə İngiltərənin cənub sahillərində anadan olub. Anası ingilis, atası italiya-sloveniya qarışığı olan mühacir olub. Atası bukinist olduğundan incəsənət və ədəbiyyata uşaqlıqdan maraq göstərib. İncəsənətə aid əşyaların alqı-satqısı ilə məşğul olub, qılınc oynadıb, zəmanəsinin istənilən silahından istifadə edə bilib, erudit və bonvivan olub. Öz dediyinə görə “spirtli içki, tütün və söhbətlərdən” başqa hər şeyə qarşı nəfsini saxlamağı bacarıb və “onu pis tanıyanlar arasında hörmətli və sevilən şəxs olub”. Birinci arvadı ikinci doğuşunda dünyasını dəyişib. Bonfilyoli 25 yaşında işi uşaqla dul qalıb. İki ildən sonra Bonfilyoli Oksford kollecinə daxil olub və ingilis ədəbiyyatı üzrə ali təhsil alıb. Tələbə olduğu illərdə Marqaret adlı qadınla evlənib. İkinci evlilikdən daha 3 uşağı dünyaya gəlib. Kolleci bitirdikdən sonra Oksford universiteti nəzdində fəaliyyət göstərən Aşmol muzeyinə işə düzəlib, sənətşünas Edqar Uindin köməkçisi işləyib. Elə həmin vaxtlar incəsənət əsərlərinin alqı-satqısı ilə məşğul olub. 1960-cı ildə “Bonfilyoli Limited” adlı şirkətini təsis edib. Yazıçı karyerası, ticarət fəaliyyətini dayandırdığı və ailəsini tərk etdiyi vaxtlara təsadüf edir. 1960-cı illərdən Bonfilyoli bir neçə jurnalda elmi-fantastik hekayələrin redaktoru işləyib, bəzən öz hekayələri də jurnalda dərc olunub. İlk romanı olan “Endşpil Makkabreya” 1960-cı illərin sonunda yazılsa da, 1973-cü ildə çapdan çıxıb. Həmin dönəmlərdə özünü tam olaraq yazıçılığa həsr edib, maddi durumu isə gündən-günə pisləşib. Spirtli içki alüdəçiliyi daha da artıb. İlk romanı işıq üzü görəndən sonra Cersidə və İrlandiyada yaşayıb. Acından ölməməsi üçün dostları ara-sıra ona maddi yardım göstərib. 1985-ci ildə Cersidə qaraciyər sirrozundan dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.livelib.ru/author/147681-kiril-bonfiloli

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç