Şona Kross

Şona Kross

Ssenarist, yazıçı

BİOQRAFİYA

Şona Kross amerikalı ssenarist, yazıçı və keçmiş atletdir. “Meqqi Meyhem” ləqəbi ilə “Los-Angeles Derby Dolls” skeyt komandasında çıxış edib. Şəxsi idmançı təcrübəsi əsasında 2007-ci ildə “Derbi qız” adlı ilk romanını yazıb. 2009-cu ildə “Sürüş” adlı romanın ekran adaptasiyasını yazıb. Rejissor Drü Berrimor həmin ssenari əsasında eyniadlı filmi çəkib, film həmin il böyük ekrana çıxıb. “Variety” jurnalı 2008-ci ildə onu ən maraqlı filmləri olan ssenaristlərin 10-luğuna daxil edib. Kinoda daha çox “Sürüş” (2009), “Uşaq gözləyəndə nəyi gözləməlisən” (2012), “Pis santa 2” (2016), “Əgər sağ qalsam” (2014) filmlərinin ssenaristi kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm0189272/

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç