R.C. Katler
Rejissor, ssenarist, prodüser
R.C. Katler – amerikalı rejissor və prodüserdir. Sənədli filmləri və telelayihələri sayəsində uğur qazanıb. Katler Harvard universitetini bitirib və 1980-ci illərdə karyerasını teatr rejissoru olaraq başlayıb. 1990-cı illərdə sənədli filmlərə doğru səmt götürüb. 2001-ci ildə “American High” realiti serialına görə “Emmi” mükafatına layiq görülüb. 2007-ci ildə “Sentyabr nömrəsi” adlı sənədli filminə rejissorluq və prodüsserlik edib. Filmin sujetində Vogue jurnalının 2007-ci il sentyabr nəşrinə (tarixi ərzində ən çox oxunan nəşr olub) hazırlıq prosesindən bəhs edən materialdan istifadə olunub. 2012-ci ildə ABC telekanalında yayımlanan “Neşvil” serialının pilot epizodunu lentə alıb və tənqidçilərin müsbət rəyini qazanıb. İki il sonra “Yalnız üzvlər üçün” adlı serialın pilotunu çəkib. İlk bədii filmi 2014-cü ildə ekranlara çıxıb. “Əgər sağ qalsam” adlı fantastik-dram məşhur yazıçı Qeyl Formanın eyniadlı romanı əsasında lentə alınıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: