Artur Qolden

Artur Qolden

Yazıçı, ssenarist

BİOQRAFİYA

Artur Qolden 6 dekabr 1956-cı ildə ABŞ-ın Tennessi ştatında anadan olub. Amerikalı yazıçı, ssenarist və yaponşünasdır. 20-ci əsrində ən yaxşı romanlarının 100-lüyünə daxil olan “Qeyşanın memuarları” kitabının müəllifidir.1997-ci ildə işıq üzü görən kitab 4 milyondan çox tirajla nəşr olunub və 30-dan çox dilə tərcümə edilib. Rejissor Rob Marşall 2005-ci ildə romanın eyni adlı ekran adaptasiyasını lentə alıb. Film tənqidçilərin müsbət rəyini qazanıb və bir neçə kateqoriya üzrə “Oskar” mükafatına namizəd olub. Artur Qolden “The New York Times” qəzetinin təsisçiləri və sahibləri olan Oukslar və Sulsberqerlərin nəslindəndir. Anası Artur Heys Sulsberqerin qızı, Adolf Ouksun nəvəsidir. Validenyləri Ben və Rut Qolden Arturun 8 yaşı olandan boşanıblar. Atası beş il sonra vəfat edib.1974-cü ildə Baylor orta məktəbini bitirib. Harvard universitetinin məzunudur, Yaponiya tarixi və incəsənəti üzrə bakalavr dərəcəsi əldə edib. 1980-ci ildə Kolumbiya universitetində yapon tarixi üzrə magistr dərəcəsinə müvəffəq olub, çin dilini öyrənməyə başlayıb. Yayda Pekin Universitetində təhsil alıb, sonradan Tokyo universitetində işə düzəlib. ABŞ-a geri döndükdən sonra Qolden Boston universitetində ingilis dili üzrə magistr dərəcəsi əldə edib. Ailəlidir. Bir qızı və bir oğlu var. Hazırda ailəsi ilə Massaçusets ştatında yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D0%BB%D0%B4%D0%B5%D0%BD,_%D0%90%D1%80%D1%82%D1%83%D1%80


FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç