Rob Marşall

Rob Marşall

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Rob Marşall 17 oktyabr 1960-cı ildə ABŞ-ın Viskonsin ştatında anadan olub. Amerikalı kinorejissor və xoreoqrafdır. Altıqat “Toni” teatr mükafatı nominantı, “Oskar” və “Qızıl Qlobus” mükafatları nominantı, “Emmi” mükafatı laureatıdır. Çəkdiyi filmləri arasında ona ən çox nüfuz qazandıran lentlər 2002-ci ildə ekranlara çıxan “Çikaqo” filmi və “Kabare” müziklının Brodvey remeyki (1998) sayılır. Kinoda rejissor debütünü Çarlz Straus və Martin Çarninin ssenarisi əsasında “Enni” müziklının adaptasiyası ilə gerçəkləşdirib. Ardınca “Çikaqo” müziklının çoxdan bəri gözlənilən adaptasiyası üzərində işlərə başlayıb. Filmin geniş auditoriyaya təqdimatından sonra Marşall ilk dəfə olaraq “Oskar” mükafatına namizəd olub. Daha sonrakı illərdə lentə aldığı filmlər arasında “Geyşanın memuarları” filmi ona böyük şöhrət qazandırıb. Artur Qoldenin eyniadlı bestselleri əsasında çəkilmiş film 3 “Oskar” mükafatı ilə təltif olunur (ümumilikdə altı kateqoriyada namizəd olub). 2009-cu ildə Marşallın növbəti filmi, “Doqquz” adlı Brodvey müziklının adaptasiyası ekranlara çıxır. Rob Marşall eyni zamanda Conni Depp və Ceffri Raşın baş rola çəkildiyi “Karib dənizinin quldurları: Qərib sahillərdə” (saqanın dördüncü hissəsi) filminin rejissoru olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D1%80%D1%88%D0%B0%D0%BB%D0%BB,_%D0%A0%D0%BE%D0%B1

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç